Dərc edildi: Baxış sayı: 611
Tailandda çimərlikdə selfiyə görə ölüm hökmü verilə bilər
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Tailandın Phuket adasının səlahiyyətliləri, selfinin qadağan olduğu ərazini genişləndirməyə qərar verib. Bu qaydanı pozanlara ağır cəza verilə bilər.
Tailandda tezliklə turistlərə çimərliklərdə selfi etmək qadağan ediləcək. Bu barədə yerli hökumət tərəfindən bildirilib.
Əslində, istirahət edənlər tez-tez çimərlikdən hava limanının uçuş-enmə xətlərinə daxil olurlar. Sosial şəbəkələrdə gözəl şəkillər paylaşmaq naminə, turistlər öz həyatlarını təhlükəyə atırlar.
İnsanların təhlükəsizliyini qorumaq və hava limanının işçilərinə maneə törətməmək üçün yaxınlaşan təyyarələrlə şəkil çəkdirmək qadağandır.
Qanuna görə, qayda pozanlara ölüm hökmü verilə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət