Dərc edildi: Baxış sayı: 664
Tailand restoranında turist 90 dollar əvəzinə 8100 dollar hesab ödəyib
Britaniyalı turist Tailandda restoran hesabını səhvən 90 qat artıq ödəyib.
ONA-nın “The Thaiger” portalına istinadən verdiyi xəbərə görə, hadisə Tailandın cənubundakı Krabi kurort şəhərindəki hind restoranında baş verib.
Məlumata görə, 48 yaşlı Saymon adlı turist 10 dostu ilə birgə Noppara Txara çimərliyindəki restoranların birində nahar etmək istəyib. Naharın sonunda o, hesabı ödəyən zaman bank kartından istifadə edib və mexaniki səhv nəticəsində posterminalda yazılmış 2857 bat (90 dollar) əvəzinə 257 min 857 bat (8100 dollar) ödənişi təsdiqləyib.
Restoranın meneceri 32 yaşlı Aporn Sarem mühasibatlıq ödənişlərinin yoxlamasını apararkən səhvi görüb və britaniyalı turisti axtarmağa başlayıb. Tapa bilməyincə, polisə xəbər veriblər.
Sonda Saymonu otellərin birində taparaq pulu qaytarıblar. Turist isə buna görə restoran rəhbərliyinə minnətdarlığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət