Dərc edildi: Baxış sayı: 794
Tahirə Qürrətüleyn - Əgər üzbəüz dayanıb nəzər salsam mən çöhrənə
Əgər üzbəüz dayanıb nəzər salsam mən çöhrənə,
Oxuyaram hər qəmini, şərh edərəm səni sənə.
Fərağınla gözlərimde ürəyimin qızıl qanı
Dəclə kimi, cülgə-cülgə, çeşmə-çeşmə, yenə, yenə...
Toxunubdur məhəbbətin ürəyimin qumaşına,
Damar-damar, arğaş-arğaş bağlayıbdır səni mənə.
Sənin üzünü görməkçün yenə dönüb axtarıram,
Küçə-küçə, qapı-qapı... Yetişirəm mehelləne. ’
Verəq-vərəq, pərdə-pərdə gəzdin Tahirənin qəlbini,
Səndən özgə girə bilməz heç kəs onun ürəyinə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət