Dərc edildi: Baxış sayı: 608
Tacikistan elan etdi: Zəngin neft yataqlarımız var
Tacikistanda 3000-5000 metr dərinliyində 20 neft-qaz yatağı var.
Axar.az xəbər verir ki, bunu Tacikistan Geologiya Baş İdarəsinin rəisi İlxomcon Oymaxmadzodə deyib. O bu yataqlarda böyük neft-qaz ehtiyatlarının olduğunu bildirib.
Oymaxmadzodə neft ehtiyatlarının 2 milyon tona, qaz ehtiyatlarının isə 3 milyard kub metrə çatdığını deyib. Baş geoloq hazırda yataqların işlənilməsi prosesinin aparıldığını söyləyib. O, Düşənbənin 22 şirkətlə ölkədə geoloji kəşfiyyat aparması üçün razılaşma da imzaladığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət