Dərc edildi: Baxış sayı: 728
Tac Mahalda namaz qılmaq qadağan edildi
Hindistan Arxeoloji Araşdırmalar qurumu (ASİ) Tac Mahalda namaz qılınmasını qadağan edib.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İndia” informasiya yayıb.
Məsələ ilə bağlı danışan Tac Mahal İntizam Komitəsinin sədri Seyid İbrahim Hüseyn sözügedən addımın atılması üçün heç bir səbəbin olmadığını və ASİ-yə şikayət edəcəklərini bildirib. Hüseynin sözlərinə görə, qərarın verilməsinə mərkəzi hökumətin və Aqra bölgəsinin yerli idarə strukturunun müsəlmanlara qarşı mənfi yanaşması ciddi təsir göstərib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət