Bu, bir çox adam üçün işgəncə kimi qəbul edilsə də, bəziləri pul qazanma şansı əldə edə bilər
ABŞ-ın Missuri ştatında “Six Flags” adlı maraqlı mərkəz açılıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərkəzin şərtlərini qəbul edənlərə pul mükafatı verilir. Mərkəzdə iştirakçılardan isə sadəcə tabuta girmək tələb edilir.
Mərkəz oktyabrın 13-də keçirəcəyi yarışmada iştirak edəcək 6 iştirakçıdan tabuta girərək 30 saat gözləmələrini tələb ediləcək.
Bu, bir çox adam üçün işgəncə kimi qəbul edilsə də, bəziləri pul qazanma şansı əldə edə bilər.
Yarışmanın təşkilatçısı iştirakçılara özlərini rahat hiss edə bilmələri üçün özləri ilə yastıq və ədyal gətirmələrinə imkan yaradıb.
Firma özü iştirakçılar üçün ayrıca olaraq yeməklər, içkilər təşkil edəcək, hər 6 saatdan bir duş ala bilmək fasiləsi elan olunacaq, telefonlarını enerjisini bərpa etmək imkanı yaradacaq. Bu şərtlərlə tabutda 30 saat qalana bilənə 300 dollar veriləcək. Yarışmada iştirak etmək üçün 18 yaşından böyük və sağlam olmaq lazımdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət