Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

T-hüceyrələr: COVID-19 ilə mübarizədə yeni “silah”

T-hüceyrələr: COVID-19 ilə mübarizədə yeni “silah”
Sakura

T-hüceyrələr: COVID-19 ilə mübarizədə yeni “silah”

Antikorlar pandemiya dövründə çox istifadə olunan sözə çevrilib, bəlkə də, ölümcül koronavirusun qarşısının alınması üçün ən yaxşı ümid olduğu fikri yaradıb. Ancaq bu həftə peyvəndlər haqqında vacib məlumatlar yayıldıqdan sonra geniş kütlə üçün yeni, az tanınan immun komponenti – T-hüceyrələri diqqət mərkəzinə düşüb.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

T-limfositləri və ya T-hüceyrələr orqanzmin əsas silahdır. Onlar immunitet sisteminin əlavə yardıma ehtiyacı olduğu təqdirdə virusları öldürmək üçün sümük iliyindəki ağ qan hüceyrələrindən (leykositlərdən) ifraz olunurlar. Onlar əldə edilmiş immun cavabında mühüm rol oynayırlar, xarici antigenləri daşıyan hüceyrələrin tanınmasını və məhv edilməsini təmin edirlər, monositlərin təsirini artırırlar və s.

T-hüceyrələrin əsas funksiyası bədənin immunitet sistemində əvvəllər məlum olmayan patogenlərə cavab verməkdir. T-hüceyrələr antigeni tanıdıqdan sonra aktivləşirlər. Aktivləşmiş hüceyrələr aktiv şəkildə bölünməyə başlayırlar və virusun klonunu yaradırlar.

Bu hüceyrələr son araşdırmalara diqqəti cəlb edir və orqanizmin müdafiəsinin birdən çox dayağa arxalandığını xatırladır. COVID-19-a qarşı immun sisteminin göstərdiyi reaksiyaların çoxu hələ də sirr olaraq qalır, xüsusilə də tədqiqatçıların daha yüksək qiymətləndirilən antikorların dözümlülüyünün tam çatmamasını aşkar etməsindən sonra.

“Antikorlar görünənin yalnız kiçik bir hissəsidir. İnsanların yeni növ koronavirusa qarşı immuniteti haqqında hələ tam təsəvvür əldə edə bilməmişik”, - COVID-19-a qarşı iki potensial peyvəndin klinik sınaqlarını keçirən Kvinslend Universitetinin tibb elmləri üzrə dosenti Pol Qriffin deyib.

Pandemiya dünyanı fırtına sürəti ilə “ələ keçirdiyindən” alimlər, ilk növbədə, antikorlara diqqət ayırdılar, çünki onların aşkarlanması ən uğurlu peyvəndlərin əsasıdır. Bundan əlavə, onlar T-hüceyrələrdən daha asan ölçülür və onlardan əvvəlcədən infeksiyanı qiymətləndirmək üçün istifadə etmək olar.

Ancaq yüngül xəstəlikləri olan xəstələrdə antikorların sürətlə azaldığını göstərən tədqiqat antikorların uzunmüddətli immunitet təmin etməsi ilə bağlı ümidləri puç edib.

Bunun əksinə olaraq, T-hüceyrələr virusa yoluxmuş hüceyrələri öldürə, on illərlə keçmiş xəstəlikləri xatırlaya bilər. Məsələn, 2003-cü ildə SARS epidemiyasına səbəb olan koronavirusun başqa növünə yoluxmuş insanlar indi - 17 il sonra da xəstəliyə qarşı T-hüceyrə reaksiyasına malikdirlər.

“Bu, T-hüceyrələrin, ən azı hipotetik olaraq, SARS epidemiyasından sağ çıxanları təxminən iyirmi il sonra da infeksiyadan qorumağa hazır olduğunu və COVID-19-dan müdafiə qabiliyyətini artıra biləcəyini göstərir”, - deyə P.Qriffin düşünür.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR