Slimfit
  1. MARAQLI

Suyun üzərində ucaldılan 10 heyrətamiz tikili

Suyun üzərində ucaldılan 10 heyrətamiz tikili
Sakura

Suyun üzərində ucaldılan 10 heyrətamiz tikili

Böyük memarlıq abidələri insanları həmişə ruhlandırıb. Ta qədim dövrlərdən insanlar nəsə həqiqətəndə heyrətamiz tikililər yaratmağa can atıblar. Su üzərində memarlıq əsəri ucaltmaq isə həmişə mümkünsüz görünüb. Lakin müasir texnologiyalar bu məsələnin də həllini tapmağa imkan verir.

Beləliklə, su üzərində ucaldılan 10 tikilini  təqdim edirik:

Bürc-əl-Ərəb, BƏƏ 

Bürc-əl-Ərəb Dubayda yerləşən hoteldir. O, sahildən 280 m aralıda süni ada üzərində ucaldılıb. 321 m hündürlükdə olan hotel formaca yelkənli gəmini xatırladır.

Qospa-od-Şkrpyela, Monteneqro

Qospa-od-Şkrpyela Monteneqroda Kotor körfəzində Perast şəhəri ilə üzbəüz yerləşən adalardan biridir. O, Adriatik dənizində yeganə süni adadır.

Veluvemeyer akveduku, Niderland

Akveduk Niderlandın materik hissəsini Flevoland adasını 2002-ci ildə birləşdirib. Su altında avtomobillər üçün tunel keçir və tunelin üstündə isə su nəqliyyatı sərbəst şəkildə hərəkət edir.

Venesiya adaları, ABŞ

Venesiya Florida ştatında Mayami və Mayami-Biç şəhərləri arasında yerləşən Biskeyn körfəzindəki süni adalar zənciridir. Hazırda bu ərazidə təxminən 13 000 nəfər yaşayır. Burada qırmızı binalar ucaldılıb, yaşıllıq salınıb.

Punta-della-Doqana, Venesiya

Punta-della-Doqan Venesiyanın köhnə gömrük binalarının birində yerləşən sənət muzeyidir. Bu ərazidə hələ XV əsrin əvvəllərində doklar və gömrük məntəqələri yerləşirdi.

Cal-Mahal, Caypur, Hindistan

Cal-Mahalı Man-Saqar gölünün üzərində yerləşdiyindən Su sarayı adlandırırlar.

Alçaq dağlarla əhatə olunmuş vadinin mərkəzində yerləşən saray kompleksi maharacaların yay iqamətgahı kimi inşa edilmişdi.

Pampus qalası, Niderland

Pampus qalası süni adada inşa edilib və YUNESKO-nun ümumdünya irsinə daxil olan Amsterdam müdafiə xəttinin bir hissəsi idi.

Peterholm, Danimarka

Peterholm Danimarkanın ərazisində Eresunn boğazında yerləşən süni adadır. O, Danimarka və İsveçi birləşdirən Eresunn körpüsünün bir hissəsi kimi tikilmişdi. Ada bioloji təcrübədir. Alimlər ümid edirlər ki, təbiət bu adanı qəbul edəcək və onun üzərində insan müdaxiləsi olmadan canlılar yaranacaq.

Diqa sarayı, Hindistan

Bu saray 1771-ci ildə tikilib. Hazırda saray turistlər üçün çox məşhur məkandır.

Kansay hava limanı, Yaponiya

Kansai Beynəlxalq Hava Limanı Osaka şəhərindən 5 kilometr məsafədə, Osaka körfəzində, süni adada inşa edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR