Dərc edildi: Baxış sayı: 773
Suyun qan təzyiqi xəstələrinə faydası
Həkimlər əmindirlər ki, adi su arterial hipertenziya xəstələrinə kömək edir.
“Ölkə.Az” xəbər verir ki, insan kifayət qədər su qəbul etməyəndə orqanizm natriumu saxlayır. Bir tərəfdən bu elemen susuzluğun qarşısını alır, digər tərəfdən isə qan təzyiqini artırır.
Eyni zamanda su çatışmazlığı orqanizmi məcbur edir ki, kapilyarları bağlasın. Bu zaman damarlarda təzyiq yaranır və arterial hipertenziya yaranır. Bu səbəbdən yüksək qan təzyiqindən əziyyət çəkməmək üçün gün ərzində 8-10 stəkan su içmək lazımdır.
Suyu çox da içmək olmaz. Çünki maye çoxluğu böyrəklərin işini artırır və həzm sisteminin işini çətinləşdirir. Həkimlər bildirirlər ki, qan təzyiqinə ciddi yanaşmaq lazımdır. Çünki bu zaman ürək zəifləyir, infarkt və insult riski artır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət