Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şüyüdün bilmədiyiniz faydaları

Şüyüdün bilmədiyiniz faydaları
Sakura

Şüyüdün bilmədiyiniz faydaları

Ehtiva etdiyi qida dəyərləri sayəsində əsl mineral və vitamin anbarı olan şüyüd balıq yeməkləri ilə yanaşı, şorba, salat və souslara xüsusi dad verir. Eyni zamanda arıqlamaq istəyənlər üçün də effektli vasitədir.

Bir həftə şüyüd istifadə etmək sizi qısa müddətdə artıq çəkilərdən xilas edəcək.

Şüyüdün faydaları nələrdir?

Yeməkdən 15 dəqiqə əvvəl şüyüd yemək uzun müddət toxluq hissi yaradır.

Şüyüdün tərkibində bol miqdarda fosfor, maqnezium, dəmir, sink, A və C vitaminləri yer alır. Bir dəstə şüyüd gündəlik A vitamini ehtiyacınızın 43, C vitamini ehtiyacınızın isə 40 faizini ödəyir.

Həzm sistemində meydana gələn mədə pozğunluğu, mədə ağrısı və s. problemlərin müalicəsində də istifadə edilən təbii vasitədir.

Qazları aradan qaldıran təsirə malikdir.

Bol miqdarda kalsium ehtiva etdiyi üçün şüyüd sümük sağlamlığını qoruyur.

Hıçqırıq müalicəsində şüyüd istifadə edilə bilər.

Tərkibində yer alan B vitamini və yağlar sayəsində yuxusuzluğun qarşısını alır, sakitləşdirici təsir yaradır.

Təbii insulin sayılan bu bitki şəkər xəstələri üçün faydalıdır.

Xərçəng müalicəsində istifadə olunur.

Revmatizm, iltihab, podaqra, artrit və oynaq iltihabı xəstəliklərinin səbəb olduğu ağrıları müalicə edir.

Menstruasiya pozulmasında müsbət təsirə malikdir.

Ağız və diş xəstəliklərinə qarşı profilaktik təsiri var. Şüyüd yarpaqları ağız içi infeksiyalarını müalicə edir.

Depressiyanı azaltmağa köməklik göstərir.

Xolesterini aşağı salır.

Tənəffüs yolu xəstəliklərində müalicəedici təsiri olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR