Slimfit
  1. CƏMİYYƏT

Şuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu

Şuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu
Sakura

Şuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu

“Sentyabrın 24-ü kiçik qardaşım İsmayıl hərbi səfərbərliklə xidmətə çağırıldı. 27-dən döyüşlərə qoşuldu. Mən isə ayın 28-dən könüllü olaraq döyüşlərə qatılmışam”. 

Ens.az xəbər verirki,bunu Oxu.Az-a peşəkar boksçu Rauf Ağayev deyib.

O, döyüşlər vaxtı, həmçinin, əsgərlərin təminat işləri ilə də məşğul olduğunu bildirib:

“Mən qoşulanda Füzulinin Şükürbəyli kəndində qızğın döyüşlər gedirdi. Komandir daha sonra dedi ki, biz irəliyə gedirik, ştatda olmadığın üçün səni özümüzlə apara bilmərəm. Elə oldu ki, qayıtdım.

Amma evdə qala bilmədim. Yenidən Hadrut istiqamətində onlara qoşuldum. Hər dəfə də gələndə özümlə əsgər üçün lazımi olan şeylər gətirirdim. İki şirkət bu məsələdə mənə kömək edirdi. Şuşa döyüşlərindən qabaq qardaşımgilə qoşuldum.

Özüm vaxtilə kəşfiyyatda taqım komandirinin müavini olmuşam. Ona görə də əsgərlərimizə öz təcrübəmdən öyrədirdim. Eyni zamanda, onların qidalanması, geyimi ilə bağlı təminatları yerinə yetirməyə çalışırdım.

Şükür Allaha ki, bizimlə döyüşənlərdən hamısı sağ-salamatdır. Yeri gəlmişkən, orada müğənni Vüqar Muradovun da ön cəbhəyə gedib əsgərlərimizin geyim və qida ilə təmin olunmasına yardım etdiyini görmüşəm.

Qardaşım oğlu da döyüşdə idi. Digər qardaşım Elçin də MAXE kimi vuruşurdu. Ümumiyyətlə, nəslimizdən 40-a yaxın bu müharibədə döyüşən olub. Bunlardan üçü yaralanıb, ikisi də şəhid olub.

Mən qeyri-rəsmi döyüşdüyüm üçün Şuşanın alınmasından bir həftə sonra qayıtdım. Qardaşım isə hələ də ordadır. O, 11-ə yaxın yaralı zabit və əsgəri döyüş meydanından çıxarıb, əsir gətirib özü ilə, neçə ermənini məhv edib. İstəmərəm ki, qardaşımın haqqı tapdansın”.

Peşəkar boksda “Aslan” (“Lion”) ləqəbi ilə tanınan 37 yaşlı Rauf bugünədək peşəkar boksda 35 döyüş keçirib və bunların 28-də qələbə qazanıb. Qalib gəldiyi döyüşçülər arasında ermənilər də olub. “Dinamo” İdman Cəmiyyətində məşqçi işləyən Rauf Şuşada həvəskar boks üzrə yeniyetmə və gənclərdə Azərbaycan çempionu olmuş qardaşı ilə məşq keçən ilk idmançı olub.

“İlk dəfə Aprel şəhidlərinin xatirəsinə boks turnirini mən keçirmişəm. Mənimlə döyüşən qazilərimizə söz vermişəm ki, bundan sonra II Qarabağ Müharibəsinin şəhid və qazilərinin xatirəsinə də turnir keçirəcəyəm.

İlk belə turnir dekabrın 10-da Türkiyədə olacaq, orada döyüşüm baş tutacaq. Sonra bunu Bakıda da etməyi planlaşdırmışıq.

Ümumiyyətlə, özüm döyüşlərimdə rinqə şəhidimiz Mübariz İbrahimova həsr edilmiş musiqinin sədaları altında çıxıram”, - deyə Rauf Ağayev deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR