Dərc edildi: Baxış sayı: 1637
Şuşa uğrunda canından keçən baş çavuşlar
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Vətən müharibəsində qəhrəmancasına şəhid olan daha iki baş çavuşu haqda məlumat paylaşıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,26 yaşlı şəhid Vəlizadə Anar Afət oğlu Salyan rayonunun Cəngən kəndində doğulub. Baş çavuş noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
Digər baş çavuş 33 yaşlı Sadıqov Ruslan Amiraslan oğlu isə Şəki rayonunun Cəfərabad kəndindəndir. O da noyabrın 7-də Şuşa istiqamətində döyüşlərdə canından keçərək şəhadətə yüksəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət