Dərc edildi: Baxış sayı: 204
Şuşa istiqamətində qanunsuz erməni silahlılarının uzunmüddətli fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb
Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
“Ens.Az” bildirir ki,bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət