Slimfit
  1. AZƏRBAYCAN

Sürüşmə ilə bağlı son vəziyyət - Tədqiqat başladı

Sürüşmə ilə bağlı son vəziyyət - Tədqiqat başladı
Sakura

Sürüşmə ilə bağlı son vəziyyət - Tədqiqat başladı

Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən AzVision.az-a bildirilib ki, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, sürüşmənin istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılmış və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilmişdi. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR