Dərc edildi: Baxış sayı: 523
Sürücülərin nəzərinə! Bakıda bu küçədə dəyişiklik edilib
Paytaxtın Füzuli küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolağının üzərində təşkil edilən parklanma ləğv edilib.
Yeniavaz.com Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq yolda duracaq yerinin olduğunu bildirən nişan götürülərək “dayanmaq qadağandır” nişanı ilə əvəz edilib.
Qeyd edək ki, şəhər yollarında nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində parklanma yerlərinin vəziyyəti ilə bağlı təhlillər aparılır. Uyğun olmayan yerlərdə təşkil edilən parklanma yerləri müəyyən edilərək ləvğ edilir. Həmçinin zərurət olan yerdə yenilərinin təşkili istiqamətində zəruri işlər görülür.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət