Slimfit
  1. AZƏRBAYCAN

Sürücülərə şad xəbər : Bakının yeni yolu tıxacı azaldacaq

Sürücülərə şad xəbər : Bakının yeni yolu tıxacı azaldacaq
Sakura

Sürücülərə şad xəbər : Bakının yeni yolu tıxacı azaldacaq

Böyük Şor gölü üzərində inşa edilən, paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi yolunu birləşdirən yeni yol sayəsində paytaxtdakı tıxacların əhəmiyyətli dərəcədə azalacağı gözəlnilir. 

Beləki artıq Abşeron rayonu Masazır istiqamətinə, eyni zamanda sumqayıt şəhərinə gedən avtomobillərin 20 yanvar dairəsi və Bakı-Sumqayıt yoluna girməsinə ehtiyac olmayacaq. Onlar yeni yoldan keçməklə maneəsiz şəkildə mənzil başına çatacaqlar.

Ötən gün istifadəyə verilən, Balaxanı-Binəqədi yolu ilə Ziya Bünyadov prospektini alternativ şəkildə birləşdirən bu yol paytaxtın tıxac probleminin həllində əhəmiyyətli rol oynayacaq. Çünki gölün üzərində salınan yolla həm Abşeron rayonunın Masazır, Mehdiabad qəsəbələrinə,həm də Sumqayıt ərazisinə maneəsiz getmək mümkün olacaq.

Bu dəyişiklikdən sonra paytaxtın 20 yanvar dairəsindən istifadə edən sürüüclərin də azalcağı gözlənilir.

Bununla yanaşı artıq Maştağa, Zabrat, Məhəmmədi və ətraf ərazilərdən gələrək 20 yanvar istiqamətinə hərəkət etmək istəyənlərin də bu yoldan istifadə edəcəyi gözlənilir ki, bununlada Koroğlu metro stansiyasının yaxınlığında yaranan sıxlığın azalacağı gözəlnilir.

Qeyd edək ki, yeni yol dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib və yolun əvvəlində və sonunda iki tunel, dörd avtobus dayanacağı quraşdırılıb.

 

 

Mənbə : Baku.ws

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR