Slimfit
  1. CƏMİYYƏT

Sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir - DYP

Sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir - DYP
Sakura

Sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir - DYP

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təhlükəsizlik kəməri ilə bağlı müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:

“Təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır. Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, passiv təhlükəsizlik sisteminə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitələrdən biridir. Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır.

Təəssüflə qeyd etməliyik ki, 2023-cü il ərzində yol-nəqliyyat hadisələrində həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olublar.

Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.

Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü, həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhlükəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar.

Unutmayaq ki, təhlükəsizlik kəməri avtomobildə hərəkət zamanı bizi həyata bağlayan bağdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR