Slimfit
  1. DÜNYA

Suriyadan Dağlıq Qarabağ açıqlaması...

Suriyadan Dağlıq Qarabağ açıqlaması...
Sakura

Suriyadan Dağlıq Qarabağ açıqlaması...

Fürsətdən istifadə edib Azərbaycan hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Eyni zamanda Venesuelaya sədrliyi uğurla icra etdiyi üçün minnətdarıq.

Axar.az xəbər verir ki, bunu sammitdə çıxışı zamanı Suriya Ərəb Respublikasının xarici işlər nazirinin müavini Feysəl əl-Mikdad bildirib.

O qeyd edib ki, Qoşulmama Hərəkatı dünyada özünəməxsus rol oynayıb:

“Təbii ki, burada artıq Bandunq prinsipləri çərçivəsində bəyan edilib. ABŞ-ın, yaxud digər ölkələrin xoşuna gəlib gəlməməsindən asılı olmayaraq Venesuela, Nikaraqua, Boliviya kimi ölkələrdə keçirilən seçkinin nəticələrinin tanınmasına çalışmalıyıq. Mənim dövlətim QH-na inanır. Biz müttəfiqlərin və Azad Suriya Ordusunun dəstəyi ilə ərazimizdə yaranan təhlükə zonalarını yaxşı bilirik. Terrorçuluq bütün beynəlxalq ictimaiyyət üçün böyük bir təhdiddir. Təbii ki, burada Cəbhətül-Nüsra, İŞİD bu gün bizim dövlətin təhlükəsizliyi sual altına qoyur. Bu gün elə etməliyik ki, sərhəd tanımayan bu bəla yayılmasın. Bu xüsusilə inkişafda olan ölkələrə aiddir. Biz terrorçuluğa qarşı birgə mübarizə aparmalıyıq. Əgər ABŞ və Avropa İttifaqı bunu inkar edirsə, təbii ki, biz bunun qarşısını almalıyıq. Biz bu mübarizədə yekdil olmalıyıq. Xüsusən terrorçuluğa qarşı mübarizəni bu və digər ölkənin daxili işlərinə qarışmaq üçün səbəb kimi istifadə etməli deyilik. Bizim ölkəmiz bu gün ərazi bütövlüyü baxımından çox böyük çətinliklərlə üzləşir. ABŞ-ın bu gün apardığı əməliyyatlar birtərəfli əməliyyatlardır. Onlar beynəlxalq hüququ kobud şəkildə pozurlar. Mənim ölkəm QH-na dərin təşəkkür edir. Hərəkat Türkiyənin də müdaxiləsinin qarşısının alınmasına öz dəstəyini göstərib. Suriyanın ərazi bütövlüyü qorunub saxlanılmalıdr. Biz ölkəmizi Türkiyənin hücumundan qorumalıyıq. Cənab Ərdoğan və cənab Tramp sülhyaratma prosesinə mane olmalı deyillər. Biz istəyirik ki, ərazimizdən bütün xarici dövlətlərin nümayəndələri çıxarılsın”.
Feysəl əl-Makdad İsraillə münasibətlər barədə danışıb:

“Colan yüksəkliyi kimi cinayətlər yerli əhali üçün böyük bir problem mənbəyidir. Bütün bunlar çox təhlükəli ssenarini formalaşdırrır. Ərazi bütövlüyümüzə edilən qəsd göz önündədir. Biz beynəlxalq hüququn qorunmasında öz mövqeyimizdə sadiqik. BMT TŞ-nın 497 və 382 saylı qərarlarda Suriyanın ərazi bütövlüyü dəstəklənir. Prezident Trampın Colan yüksəkliyini İsrail ərazisi kimi tanımasının heç bir hüquqi əsası yoxdur. Çünki Colan yüksəklikləri Suriyanın ərazisidir. Onun ərazisində aparılan əməliyyatlar Suriya hökumətinin mövqeyini dəyişmir. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyümüzü bərpa edəcəyik. Fələstin məsələsində ABŞ və tərəfdarları oyunbazlıqla çalışır ki, öz məqsədlərinə nail olsun. Onlar hər zaman bununla məşğul olublar. Onlar Rusiyaya, Suriyaya, Kubaya münasibətdə bunu illərdir tətbiq eidrlər. Biz bu cür hərəkətləri birmənalı şəkildə qınayırıq. ABŞ-ın dəstəyi olmasaydı, İsrail bu hərəkətləri edə bilməzdi”.
Suriyalı nazir müavini Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb:

“Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü prinsipi əsas götürülməldir. Biz Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tərəfindəyik və onun ərazi bütövlüyünü dəstəkləyirik. Həmçinin, Minsk Qrupunun fəaliyyətinə istinad edirik. Həmçinin, qarşıdakı sədrlik dövründə Azərbaycana uğurlar arzulayıram”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR