Dərc edildi: Baxış sayı: 335
Suqovuşan və Talış kəndlərində sahə inspektorları təyin edilib, xidməti post qurulub
Sentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.
Ens.az xəbər verirki,DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib. Kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət