Supermarketlərdə robot arabalar əlçatan olacaq
“LG” şirkəti tərəfindən hazırlanmış “CLOi” adlı robot arabası supermarketlərdə alıcılara alış-veriş etməkdə yardımçı olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, artıq supermarketlərin alıcıları içərisi məhsul dolu arabanı özləri ilə daşımalı olmayacaq. İndi kassaya yığılmış bütün məhsulları xüsusi robot daşıyacaq. Sözügedən yenilik ilk dəfə Cənubi Koreyanın “E-Mart” şəbəkəsinin supermarketlərində tətbiq ediləcək.
Yeni robotlar yalnız alıcılara alış-veriş etməkdə kömək etməyəcək, həm də alış-veriş prosesini daha da asanlaşdıracaq. "Ağıllı səbət”lərə məhsulların siyahısını göstərmək üçün displey, həmçinin ştrix-kodların oxunması və qiymətlərin təyin edilməsi üçün skaner inteqrasiya ediləcək. Bundan başqa, robot alıcıya lazımi məhsullardan ibarət stellaja gedən yolu göstərəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət