Slimfit
  1. AZƏRBAYCAN

“Super Muşşak” təyyarələrinin ilk partiyasını Azərbaycana göndərilib

“Super Muşşak” təyyarələrinin ilk partiyasını Azərbaycana göndərilib
Sakura

“Super Muşşak” təyyarələrinin ilk partiyasını Azərbaycana göndərilib

Azərbaycanın Pakistana sifariş verdiyi “Super Muşşak” (MFİ-395 “Super Mushshak”) təlim təyyarələrinin ilk partiyası Azərbaycana göndərilib.

Oxu.Az xəbər verir ki, bu barədə İDEAS-2018 sərgisində iştirak edən “AzeriDefence” jurnalına “Pakistan Aeronautical Complex” (PAC) təşkilatından məlumat verilib.

Təşkilatdan bildirilib ki, “Super Muşşak” təyyarələrindən artıq beş ədədi Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilib. Növbəti tədarük olunacaq beş təyyarənin isə yaxın aylarda sifarişçiyə çatdırılması planlaşdırılır.

Təlim təyyarələrini idarə edən pilotlara və texniklərə də PAC tərəfindən təlimlər keçirilib.

Xatırladaq ki, 2017-ci ilin iyul ayının 27-də imzalanmış müqaviləyə əsasən Azərbaycanın Pakistandan 10 ədəd “Super Muşşak” təlim təyyarəsi alacağı planlaşdırılırdı.

PAC-dan bildirilib ki, 2018-ci ildə təşkilat tərəfindən Azərbaycanla yanaşı, Türkiyəyə də “Super Muşşak” təyyarələrinin ixracatı reallaşdırılıb. Müqaviləyə əsasən, Türkiyə 50 ədəd təlim təyyarəsi almalıdır.

Qeyd edək ki, “Super Muşşak” təyyarələri dünyanın ən təhlükəsiz təlim təyyarələrindən hesab olunur. Hazırda Pakistan Hava Qüvvələri və Ordusu tərəfindən 300 “Super Muşşak” təyyarəsi hərbi təlim və digər müdafiə tədbirləri üçün istifadə olunur. Pakistan Nigeriya və Qatarla da “Super Muşşak” təyyarələrinin ixracına dair müqavilələr imzalayıb. Adıçəkilən təyyarələr hazırda Pakistanla yanaşı, Səudiyyə Ərəbistanı, Oman, İran və Cənubi Afrika Respublikasında istifadə olunur.

Yüngül çəkili təlim təyyarəsi olan “Super Muşşak” hərbi aerodromlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş etməyi bacarır. Havada 4-5 saat qala bildiyindən Pakistan ordusu ondan həm də patrul missiyalarında istifadə edir. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur.

“Super Muşşak” təyyarəsinin heyəti iki nəfər, uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, uçuş ağırlığı 1250 kq, maksimal sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd “Textron Lycoming IO-540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. “Super Muşşak” xarici asmada 300 kq yük götürmə qabiliyyətinə malikdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR