Slimfit
  1. TEXNOLOGİYA

Süni intellekt zəlzələnin yerini proqnozlaşdıra bilər

Süni intellekt zəlzələnin yerini proqnozlaşdıra bilər
Sakura

Süni intellekt zəlzələnin yerini proqnozlaşdıra bilər

“Google”un mühəndislərdən ibarət komandası tərəfindən işlənib hazırlanan süni intellekt zəlzələdən sonra baş verən təkrar seysmik təkanları proqnozlaşdıra bilər.

AZƏRTAC “naukatv.ru”ya istinadla xəbər verir ki, güclü zəlzələdən sonra bir neçə həftə və ya ay ərzində zədələnmiş ərazidə tez-tez təkrar təkanlar qeydə alınır. Bu da daha böyük dağıntılara səbəb ola və bərpa işlərini çətinləşdirə bilər. Alimlər tərəfindən afterşokların yerini proqnozlaşdırmaq üçün istifadə edilən metodların səmərəsi, hələ ki, çox azdır.

“Google AI” bölməsinin tədqiqatçıları bu problemi həll etmək üçün süni intellekt texnologiyasından istifadə ediblər. Alimlər afterşokların baş verə biləcəyi yeri öncədən proqnozlaşdırmağa cəhd etmək üçün dərin kompüter təlimi alqoritmlərinin köməyilə dünyada baş vermiş zəlzələlərin məlumat bazasını təhlil edib. Hazırlanmış sistem, hələ ki, çox dəqiq işləmir, amma mövcud metodlarla müqayisədə təkrar zəlzələlərin yerini daha yaxşı proqnozlaşdıra bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR