Slimfit
  1. TEXNOLOGİYA

Süni intellekt vasitəsilə hazırlanan jurnal buraxılıb

Süni intellekt vasitəsilə hazırlanan jurnal buraxılıb
Sakura

Süni intellekt vasitəsilə hazırlanan jurnal buraxılıb

Sinqapurun “Esquire” jurnalının redaksiyasının süni intellektin köməyi ilə yaradılan nömrəsi nəşr edilib. Alqoritmlər tərəfindən redaktor məktubu və 5 jurnalist mətni hazırlanıb.

ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “AI Squire” adlı süni intellekt hər mətn üçün bir neçə dəqiqə sərf edib. Redaksiya üçün robot “AI QLX” şirkəti tərəfindən hazırlanıb. Süni intellekt materiallar yazmaqla yanaşı, jurnalist mətnləri üçün mövzular fikirləşib tapır.

Bildirilir ki, onun yazdığı materiallar süni intellekt, moda və texnologiyalar tarixinə, eləcə də insanların geyim mövzusunda düşüncələrə həsr edilib. “AI Squire” robotunun işləri insan tərəfindən redaktə edilsə də, bu, adi jurnalist mətnləri kimi edilməyib.

“Esquire” jurnalının baş redaktoru izah edib ki, eksperiment jurnalistlərin robotlarla əvəzlənməsi ilə bağlı suala cavab tapmaq üçün edilmiş cəhddir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR