Slimfit
  1. TEXNOLOGİYA

Süni intellekt sisteminə malik rozetka elektrik enerjisinə qənaət edəcək

Süni intellekt sisteminə malik rozetka elektrik enerjisinə qənaət edəcək
Sakura

Süni intellekt sisteminə malik rozetka elektrik enerjisinə qənaət edəcək

“Currant” şirkəti süni intellekt alqoritmləri ilə işləyən “Smart Outlet” adlı “ağıllı” rozetka təqdim edib. Bu rozetka ona qoşulmuş qurğular tərəfindən istehlak edilən elektrik enerjisini hesablayır və xüsusi mobil proqram vasitəsilə istifadəçiyə enerji effektivliyinin artırılması üzrə öz tövsiyələrini verir.

Metbuat.az xəbər verir ki, “Smart Outlet” 2 rozetkalı adapterdir. Hər bir rozetkanı “iOS” və “Android” sistemlərində işləyən proqramdan məsafədən və ayrı-ayrılıqda idarə etmək, həmçinin “Amazon Alexa” və “Google Home” smart kolonkalarına qoşmaq mümkündür. İstehlak edilən enerjinin miqdarının qrafiki real vaxt rejimində göstərilir.

“Ağıllı” rozetka “Bluetooth” və “Wi-Fi” üzrə qoşulma olmaqla 2 variant üzrə əlçatandır. “Wi-Fi” model səsli köməkçilərə inteqrasiya edilə və istənilən yerdən idarə oluna bilər. “Bluetooth” versiyanın qiyməti 49,99 dollar, “Wi-Fi” versiyanın qiyməti isə 59,99 dollar təşkil edir.//ICTnews

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR