Süni intellekt Alsqeymer xəstəliyini erkən mərhələdə aşkar edəcək
Amerikalı alimlər süni intellektin köməyi ilə Alsqeymer xəstəliyinə diaqnoz qoymaq üsulunu tapıblar. Yeni araşdırma “Radiology” jurnalında dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, neyron şəbəkəsi beynin metabolizmini təhlil edir. Alsqeymer xəstəliyi zamanı sinir toxumasının müəyyən hissələrində maddələr mübadiləsinin sürəti yavaşıyır. Süni intellekt məhz bu dəyişiklikləri aşkar etməyi öyrənib.
Neyron şəbəkəsi beynin işində kiçik pozuntuları izləyir və demensiya xəstəliyini erkən mərhələdə aşkar etmək qabiliyyətinə malikdir. Məlumata görə, süni intellektin köməyi ilə xəstəliyin simptomlarını 6 il öncədən müəyyənləşdirmək mümkün olacaq. Bu, müalicənin səmərəliliyini xeyli yüksəldəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət