Slimfit
  1. TEXNOLOGİYA

Süni ağciyər suyu yanacağa çevirir

Süni ağciyər suyu yanacağa çevirir
Sakura

Süni ağciyər suyu yanacağa çevirir

ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları insanın ağciyəri prinsipi üzrə işləyən və hidrogen yanacağını generasiya edən qurğu yaradıblar.

ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, hidrogenin nefti əvəz edən ekoloji təmiz yanacaq olması barədə uzun müddətdir müzakirələr aparılır. Bu, hidrogen yanacağının istehsalı üçün ilk qurğu olmasa da, onun unikal konstruksiyası prosesi daha effektiv edir. İnsanın ağciyərinə hava oksigen əldə edərək onu qan dövranına göndərən incə membran vasitəsilə daxil olur. Unikal struktura malik orqan bu qaz mübadiləsini yüksək effektivli edir. Stenford Universitetinin tədqiqatçılar qrupunun texnologiyası ağciyər formasında olan qalın plastik plyonkalı torbadır. Kisənin çöl tərəfi kiçik su buraxmayan məsamələrlə örtülüb, daxildən isə qızıl və platindən ibarət nanozərrəciklər çəkilib.  

Qurğunu suya yerləşdirən və ona elektrik cərəyanı buraxan tədqiqatçılar “ağciyəri” enerjini generasiya etməyə məcbur ediblər. Mütəxəssislərin sözlərinə görə, məhz qurğunun forması ona plyonkanın üst səthinin örtülməsi ilə müqayisədə 32 faiz yüksək effektivliklə işləməyə kömək edir. Bu onunla əlaqədardır ki, ağciyərin forması enerji istehsalı prosesinin effektivliyini azalda bilən kisəciklərin yaranmasını minimuma endirir. Hazırda alimlər qurğunun dizaynını təkmilləşdirməyə və onu daha yüksək temperaturlara qarşı dözümlü olmağa məcbur etmək üçün yeni üsul icad etməyə hazırlaşırlar.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR