Slimfit
  1. CƏMİYYƏT

Sumqayıtda yeni təmirdən çıxmış vəkil bürosu açıldı və vəkillərin sayı 1635 nəfərə çatdı

Sumqayıtda yeni təmirdən çıxmış vəkil bürosu açıldı və vəkillərin sayı 1635 nəfərə çatdı
Sakura

Sumqayıtda yeni təmirdən çıxmış vəkil bürosu açıldı və vəkillərin sayı 1635 nəfərə çatdı

Oktyabr ayının 10-da Vəkillər Kollegiyasının rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun inzibati binası ilə tanış olub. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırovu büroda aparılmış təmir işləri ilə tanış edən büronun müdiri Fazil Nəhmətov görülmüş işlər barədə məlumat verib, büronun vəkillərin fəaliyyəti üçün zəruri şəraitin təmin olunduğunu, görüş otaqlarının hazırlandığını, ayrıca müdir otağının, mətbəx və sanitar qovşaqların, büronun yeni kompüter, printer, mebel və digər avadanlıqlarla təchiz edildiyini bildirib.

Təmir işlərinin bilavasitə dövlət vəsaiti hesabına aparılması nəzərə alınaraq bununla bağlı Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə tikinti-təmir sahəsini tənzimləyən digər hüquqi aktların tələblərinə uyğun olaraq inzibati bina üzrə görüləcək işlərin həcmi dəqiqləşdirilib və təmirlə əlaqədar ehtimal olunan qiymətlərin müəyyən edilməsi məqsədilə Vəkillər Kollegiyası tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinə müraciətlər edilib.

Tikintidə Qiymətqoyma Mərkəzinin həmin obyekt üzrə təqdim etdiyi hesabatlara əsasən inzibati binanın cari təmir işlərinin ƏDV daxil 44.077,82 manat təşkil etdiyi bildirilməsinə baxmayaraq, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı əsasında dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsaitin təyinatı üzrə qənaətlə və daha da səmərəli şəkildə istifadəsinin təmin edilməsi məqsədilə cari təmir işlərinə ümumilikdə ƏDV daxil 23.399,40 manat vəsait xərclənib. Eyni zamanda ayrılmış vəsait hesabına həmin vəkil bürosunun kompüter və printer avadanlıqları, kondisionerlə təmin edilməsi üçün ƏDV daxil 5620,93 manat vəsait xərclənib. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz növbəsində büroda aparılmış işləri yüksək qiymətləndirib, əhaliyə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini vurğulayıb, bundan başqa Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması üzrə aparılan tədbirlər barəsində məlumat verib.

Daha sonra, Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, həmçinin, KİV nümayəndələrinin iştirakı ilə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan vəkilliyinin yubiley tədbirləri barədə məlumat verib, bu tədbirlər çərçivəsində baş tutmuş konfrans, mədəni proqram, o cümlədən, keçirilmiş 1-ci Cənubi Qafqaz Vəkillərin Beynəlxalq Futbol Turnirinin yüksək səviyyədə təşkil olunduğunu, ölkəmizdə səfərdə olan xarici, eləcə də, tədbirlərdə iştirak edən yerli qonaqların öz məmnunluqlarını dilə gətirdiklərini qeyd edib. 

Kollegiya sədri bildirib ki, hazırda vəkilliyə qəbul üzrə ixtisas imtahanları davam edir, sənəd verən hüquqşünasların sayı günü-gündən artmaqdadır, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə ölkədə vəkillərin sayı 1635 nəfərə çatacaq.

Bundan əlavə tədbirdə qeyd olunmuşdur ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan vəkilliyinin 100 illiyi”nə həsr olunmuş “Yubiley döş nişanı” təsis olunub, Azərbaycan vəkilliyinin inkişafına və nüfuzunun artırılmasına verdikləri töhfələrə görə bir sıra şəxslərin döş nişanı ilə təltif edilməsi nəzərdə tutulub.

Tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Vəkillər Kollegiyasının bir sıra üzvləri, o cümlədən, Vəkillər Kollegiyasının üzvü olmayan, lakin vəkilliyin inkişafında müstəsna rol oynayan şəxslər döş nişanları ilə təltif olunub. 

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, vəkilliyə namizədlər Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içmiş, onlara vəsiqələr təqdim edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR