Slimfit
  1. CƏMİYYƏT

Sumqayıtda uçqun olan binadakı məcburi köçkünlər yeni evlərə köçürüləcək - RƏSMİ

Sumqayıtda uçqun olan binadakı məcburi köçkünlər yeni evlərə köçürüləcək - RƏSMİ
Sakura

Sumqayıtda uçqun olan binadakı məcburi köçkünlər yeni evlərə köçürüləcək - RƏSMİ

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verən uçqunda xəsarət alanlar evə buraxılıb.

Ens.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, şəhərin 12-ci mikrorayon ərazisində Çerkassı və Koroğlu küçələrinin kəsişməsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb:

 

“Belə ki, beş ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir.

Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər”.

Xatırladaq ki, ötən gün Sumqayıtda binanın giriş hissəsinin uçması nəticəsində dağıntılar altında qalanların olduğu bildirilib. Ərazidən dördü azyaşlı olmaqla, beş nəfərin təxliyyə olunduğuna dair məlumatlar qeyd olunub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR