Sumqayıtda Qarabağ atlarının heykəli ucaldılacaq
Bunu Oxu.Az-a müsahibəsində monumentalist rəssam, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov bildirib.
Onun sözlərinə görə, heykəl üçün artıq müvafiq ərazi də seçilib:
"Sumqayıtda vətənpərvərlik simvolu kimi Qarabağ atlarının heykəli ucaldılacaq. Heykəlin şəhərin Heydər Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində qoyulacağ gözlənilir".
V.Nəzirov deyib ki, əsərdə Yer kürəsi üzərində şaha qalxan üç Qarabağ atı təsvir ediləcək:
"Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla danışıqlar aparılıb. Təqdim etdiyim layihəyə müsbət cavab verilib. Planlaşdırılır ki, heykəlin açılışı Sumqayıtın 70 illik yubileyinə qədər yekunlaşdırılsın".
Qeyd edək ki, 1949-cu ildə Sumqayıta şəhər statusu verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət