Dərc edildi: Baxış sayı: 455
Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada öldü
Doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.
Ens.az Report-a istinadən xəbər verir ki, 7 ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsindən imtina edib.
Yeni doğulmuş oğlan uşağı bir müddət sonra uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra bu gün körpə xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət