Dərc edildi: Baxış sayı: 516
Sumqayıtda 9 min vətəndaş COVID-19 testindən keçib
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın nəzdində fəaliyyət göstərən xüsusi laboratoriyada may ayının 8-dən bu günədək 9000 nəfər COVID-19 testindən keçib.
Xəstəxanadan AZƏRTAC –a bildirilib ki, götürülən testlərdən 500-ə qədəri pozitiv nəticə verib. Bunun əksəriyyəti şəhər sakinləridir. Sutka ərzində laboratoriyaya 250-300 müraciət daxil olur. Əsasən Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yaşayan vətəndaşların müraciəti icra olunur, digər ərazilərdən göndərilən nümunələrin qəbulu laboratoriyanın işi çox olduğu üçün dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət