Dərc edildi: Baxış sayı: 456
"Sumqayıt" "Neftçi"dən ayrılan qapıçı ilə müqavilə bağlayıb
“Sumqayıt” klubu dövrələrarası fasilədə ilk futbolçu transferini həyata keçirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi"dənayrılan qapıçı Rəşad Əzizli ilə 1.5 illik müqavilə imzalanıb. 24 yaşlı qolkiper yeni komandasında 12 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rəşad Əzizli futbolçu karyerası ərzində “Neftçi”dən başqa (17 oyun), “Simurq”, “Rəvan” (16 oyun) və AZAL-ın (2 oyun) uğurları üçün çalışıb. O, 15, 17, 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində də çıxış edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət