Slimfit
  1. MEDİA

Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin bir qrup müəllim və tələbə heyəti "Hirkan" Milli Parkına ekskursiya etdilər.

Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin bir qrup müəllim və tələbə heyəti "Hirkan" Milli Parkına ekskursiya etdilər.
Sakura

Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin bir qrup müəllim və tələbə heyəti "Hirkan" Milli Parkına ekskursiya etdilər.

Mayın 14-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin bir qrup müəllim və tələbə heyəti Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara rayonlarının inzibati ərazisində yerləşən "Hirkan" Milli Parkına ekskursiya etdilər.

Ekskursiyada Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Rafiq Hüseynov, baş müəllimi Zərbab Ağayeva və 338, 333b, 323b saylı qrup tələbələri iştirak etdilər.

Tələbələrə "Hirkan" Milli Parkı haqqında geniş məlumat verildi.Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə yaradılan Milli Park ölkəmizin cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Milli Parkın yaradılmasında məqsəd ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş flora və fauna növlərinin qorunub saxlanması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

Milli parka səfər edən zaman tələbələr hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış oldular və Xanbulan gölünə açılan unikal mənzərəni seyr etdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR