Slimfit
  1. MƏDƏNİYYƏT

Sumqayıt Dövlət Dram Teatrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə layihə reallaşdırıb

Sumqayıt Dövlət Dram Teatrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə layihə reallaşdırıb
Sakura

Sumqayıt Dövlət Dram Teatrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə layihə…

Sumqayıt Dövlət Dram Teatrının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə planlaşdırdığı kreativ layihə gerçəkləşib.

Teatrdan Trend-ə verilən məlumata görə, teatr truppası şəhər icra hakimiyyətinin qarşısındakı meydana toplaşaraq qış nağılının qəhrəmanları ilə birgə Yeni ili qarşıladı.

Tədbirə şəhər ictimaiyyəti, sakinlər və qonaqlar da qatıldılar. Şaxta baba və Qar qız meydan məzhəkə teatr estetikası prinsipləri ilə tamaşaçılarla birbaşa ünsiyyətə girərək onların arzu və istəklərindən hali oldular. Rəqs qrupu kiçik yaşlı uşaqları rəqsə dəvət etdi. Əlbəttə, arada aktyorların improvizəsi də, şən, bayram əhval ruhiyyəli musiqi nömrələri də tədbirə xüsusi ovqat bəxş etdi. Bir sözlə , bu gün şəhər sakinləri unudulmaz bir gün yaşadılar.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR