Sultan Hüseyn Baranlı — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi
Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır:
“...məmləkəti Həsən bəyin övladlarından və nəvələrindən alıb, Azərbaycan diyarında yenidən Qara Yusif nəslinin rəhbərlik çırağını yandırmaq [məqsədi güdürdü]" |
Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi.Lakin qızılbaşlar onun hərəkətlərindən sübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi. Əmirlər qayıdan kimi gecə ikən qızılbaş qoşunu öz düşərgəsini xəlvətcə tərk edib oradan uzaqlaşdı. Xacə Əbdi bəy yazır:
"...[İsmayıl] Arran Qarabağına yola düşdü. O zaman Cahanşah padşahın nəvəsi olduğunu iddia edən Sultan Hüseyn adlı bir şəxs o həzrətlə [şah İsmayılla] görüşüb, xəyanət etmək məqamında idi. 0 Bu iş xaqan (İsmayılın) Günəş ürəyində aydınlaşdı. Dərhal oradan köçüb, Çuxursəd tərəfə üz çevirdi. Oradan Doqquzulama yola düşdü. Orada pak niyyətli və etiqadlı sufilərin meydan sulayanı Qaraca Ilyas Bayburdlu Rumlu dəstəsi ilə [şah İsmayılın] xidmətinə yetişdi. |
İsgəndər bəy Münşi Türkman yazır:
Dünyanı tutan orduya iradət sahibləri toplanmaqdaydılar. O, Qarabağda Mirzə Cahanşahın nəvələrindən olan və hələ də üzə çıxmaq və yüksəlmək xəyalıyla yaşayan Sultan Hüseyn Barani ilə görüşdü. Onun hərəkətlərində kələk və amansızlıq müşahidə edən o həzrət [İsmayıl] ondan ayrılaraq Gögcə təngizə(Göyçə gölünə) təşrif apardı və Ərzincanadək irəlilədi. |
Səhəri gün Barani İsmayılın Çuxursəəd tərəfə getdiyini anlayıb, onları təqib etdi və qızılbaş qoşununu haqlaya bildi.Lakin məğlub oldu və geri çəkildi.
Hüseynin 7-8 minlik qoşunu ilə İsmayılın 3 min qızılbaşı arasında döyüş “Qaraqoyunluların" məğlubiyyəti və onlardan 4 min nəfərin həlak olması ilə nəticələndi.
Hüseyn Baranlının bu döyüşdə öldürüldüyü bildirilsə də, digər məlumata görə, o, qəti olaraq 1500-cü ilin payızında Gəncə yaxınlığında Əlvənd Mirzə tərəfindən darmadağın edilmişdi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət