Slimfit
  1. DÜNYA

Meksika ABŞ-nin cavab tariflərinə dərhal cavab verməyəcək

Meksika ABŞ-nin cavab tariflərinə dərhal cavab verməyəcək
Sakura

Meksika ABŞ-nin cavab tariflərinə dərhal cavab verməyəcək

Amerika prezidenti Donald Trampın administrasiyası xaricdən polad və alüminium tədarükünə rüsumlar tətbiq etdikdən sonra Meksika hakimiyyəti dərhal ABŞ-yə tariflərlə cavab verməyəcək.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Meksika lideri Klaudiya Şeynbaum deyib.

Prezident qeyd edib ki, aprelin 2-də Meksikanın ABŞ hökuməti ilə eyni qarşılıqlılıq prinsipi çərçivəsində hər hansı addım atmalı olub-olmaması nəhayət bəlli olacaq:

“Ölkəmizdəki polad və alüminium istehsalçıları ilə görüşlərdən başqa, aprelin 2-nə qədər gözləyəcəyik. Unutmayın ki, aprelin 2-si ABŞ hökumətinin bütün dünya ölkələri üçün qarşılıqlı tariflərin tətbiqini elan edəcəyi gündür. Ümid edirik ki, bizim ticarət sazişimiz var və Meksikadan ABŞ-yə heç bir tarif yoxdur, onlar tərəfindən heç bir qarşılıqlı tariflər olmayacaq”.

Fevralın 10-da Tramp ABŞ-nin bütün xarici polad və alüminium tədarükünə 25% rüsum tətbiq etməsi ilə bağlı müvafiq sənədi imzalayıb. Martın 12-də qüvvəyə minən qərar Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Avropa Birliyi, Kanada, Meksika, Cənubi Koreya və Yaponiyadan tədarüklərə aiddir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR