Slimfit
  1. GÜNDƏM

“Sülh çeşməsi”: kim əleyhinə, kim lehinədir?

“Sülh çeşməsi”: kim əleyhinə, kim lehinədir?
Sakura

“Sülh çeşməsi”: kim əleyhinə, kim lehinədir?

Türkiyə 5 gündür Suriyada “Sülh çeşməsi” əməliyyatına başlasa da, artıq dünya onun tərəfdarları və əleyhdarları olaraq iki yerə bölünüb.

Axar.az xəbər verir ki, Türkiyə əməliyyatın terrorizm əleyhinə, öz təhlükəsizliyinin təmin edilməsi üçün aparıldığını, Suriyanın ərazi bütövlüyünün əsas hədəf olduğunu və suriyalı qaçqınların təhlükəsizlik bölgəsində yerləşdiriləcəyini açıqlayıb. Buna baxmayaraq, əməliyyatın ilk günündən bir çox ölkələr məhz “Suriyanın ərazi bütövlüyü”ndən narahatlıq ifadə edirlər.

Ankaranın əməliyyatına qarşı mövqe, xüsusilə, Avropa Birliyində formalaşıb. AB ölkələri Ankaranı təkcə əməliyyatı dayandırmaqla yox, dayandırmayacağı halda sanksiya tətbiq edəcəkləri ilə təhdid edirlər. Türkiyənin əməliyyatına qarşı daha çox Fransa lideri Emmanuel Makron və Almaniya kansleri Angela Merkel aktivlik nümayiş etdirir.

ABŞ-da isə əməliyyatla bağlı ikitirəlik yaranıb. Belə ki, ABŞ hökuməti rəsmən əməliyyatı dəstəkləmədiyini açıqlayıb, amma əməliyyatlara müdaxilə etməyəcəyini, yalnız Türkiyənin razılaşdırılan həddi aşacağı təqdirdə Ankaraya embarqo tətbiq edəcəyini bildirib. ABŞ-ın qanunverici hakimiyyəti daha sərt mövqe tutub və təcili olaraq Ağ Evdən Suriyanın şimalındakı kürd qruplaşmalarını Türkiyəyə qarşı dəstəkləməsini tələb edib.

Ərəb ölkələri də Misirin rəhbərliyi altında Türkiyəyə qarşı aktivləşiblər. “Sülh çeşməsi” əməliyyatının başlanmasından sonra ərəb ölkələri Ankaranın addımının Suriyanın “ərazi bütövlüyünü pozduğunu” bəyan ediblər.

Beləliklə, “Sülh çeşməsi” əməliyyatının əleyhdarları:

ABŞ

Fransa

Böyük Britaniya

Almaniya

Rusiya

Kanada

Belçika

Niderland

Polşa

Finlandiya

İsveç

Danimarka

BƏƏ

Səudiyyə Ərəbistanı

Misir

İran

İordaniya

Livan

İraq

Bəhreyn

 

Norveç

Çin

Portuqaliya

İsveçrə

Tunis

Mərakeş

Rumıniya

Əlcəzair

Yəmən

Yunanıstan

Avstraliya

Əməliyyata dəstək verənlər:

Azərbaycan

Qətər

Pakistan

Venesuela

Macarıstan

Şimali Makedoniyanın Türk Milli Birlik Hərəkatı

Serbiyanın Sancaq Demokratik Hərəkat Partiyası

Gözlənilməz mövqelər

Əməliyyatla bağlı ən maraqlı mövqe Şimali Kipr və Fələstindən gəlib. Şimali Kipr əməliyyatı dəstəklədiyini açıqlasa da, ölkə Prezidenti Mustafa Akıncının dolayısı yolla Türkiyəni əməliyyatı dayandırmağa səsləməsi Ankaranın sərt etirazına səbəb olub.

Ən maraqlı mövqeni isə Fələstin sərgiləyib. Fələstin Xarici İşlər Nazirliyi “Sülh çeşməsi” barədə heç bir açıqlama verməyəcəyini açıqlayıb.

Türk Şurası və Orta Asiya ölkələri hələ mövqe bildirməyiblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR