Dərc edildi: Baxış sayı: 595
Süleymaninin son məktubu ortaya çıxıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Xüsusi Təyinatlı Qüvvələrinin sabiq komandanı Qasım Süleymaninin son məktubu ortaya çıxıb.
SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Komandanın öldürülməzdən əvvəl Fələstinə məktub yolladığı bəlli olub.
O, Həmas qruplaşmasının hərbi qanadı Kassam Tuqaylarının komandiri Məhəmməd Dayfa ünvanladığı məktubda “Hər kəs əmin olsun, İran hər cür çətin şərt və blokada qarşısında Fələstindən əsla vaz keçməyəcək. Allahdan bizi Fələstin üçün şəhadətə çatdırmasını niyaz edirəm” sözlərinə yer verib.
Qeyd edək ki, məktubu “Əl- Mayadin” televiziyası yayımlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət