Slimfit
  1. DÜNYA

Süleymaninin ölümü: III Dünya savaşı başlayır?

Süleymaninin ölümü: III Dünya savaşı başlayır?
Sakura

Süleymaninin ölümü: III Dünya savaşı başlayır?

Qasım Süleymaninin ölümü III Dünya müharibəsinə səbəb olmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

“Dünya hegemoniyası uğrunda hibrid müharibəsi davam edəcək. Süleymaniyə gəlincə isə o, Yaxın Şərqdə çox vacib hərbi rəis və hərbi strateq idi. Məhz Süleymani sayəsində İranın hərbi-siyasi planda təsiri Aralıq dənizinə qədər yayılıb. Bu gün İran Yaxın Şərqin bütün ölkələrində praktik təsirə sahib olan çox güclü dövlətdir.

Süleymaninin ölümü İran üçün böyük zərbədir. Sonra nə baş verəcək? ABŞ və İsrail bundan sonra İran hərbi qüvvələrinə daha azad və rahat hücum edəcəklər”, - deyə o bildirib.

Qeyd edək ki, Süleymani Bağdad hava limanına endirilən raket zərbələri nəticəsində öldürülüb. Onunla bərabər Haşdi Şabi qruplaşmasının yüksək vəzifəli üzvləri də qətlə yetiriliblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR