Slimfit
  1. AVTO VƏ MOTO

Sükan arxasında yeyilməsi və içilməsi təhlükəli olan 8 şey

Sükan arxasında yeyilməsi və içilməsi təhlükəli olan 8 şey
Sakura

Sükan arxasında yeyilməsi və içilməsi təhlükəli olan 8 şey

Əlavə dördü isə olar və lazımdır!

Ens.az xəbər verir ki, bağ evinə və ya avtomobil səyahətinə yollanarkən təkcə baqaj, manqal və digər vacib şeylərdən başqa, yolda yemək üçün lazım olanlar barədə də düşünmək lazımdır. Bəs dayanmağa vaxt itirməmək üçün hərəkət zamanı hansı yeməkləri yemək olar?

Standart fastfud fincanlarında kofe

Yaxşı dənəli kofe həqiqətən enerji verir. Amma sürətli xidmət nöqtələri və yanacaq doldurma məntəqələrində satılan standart fincanlarda satılanları sükan arxasında içmək lazım deyil. Bizə elə gəlir ki, stəkanın qapağı təhlükəsiz şəkildə bağlanıb. Əslində isə onu sıxan kimi dağılır. Bu zaman stəkanın içərisindəki geyiminizə tökülə bilər. Yandıran maye və gözlənilməzlik amili qəza vəziyyətinə gətirib çıxara bilər.

Kofe istifadəsini yanacaq doldurarkən həyata keçirmək daha yaxşı olar. Pitstopda sürprizlər az olacaq. Amma gəzintidən əvvəl yaxşı sızmayan fincan ala bilərsiniz. O, məhz sükan arxasında içmək üçün nəzərdə tutulub.

Butulkadan su

Sadə içkilərlə də ehtiyatla yanaşmaq lazımdır. Sükan arxasında litr yarımlıq butulkadan içmək lazım deyil. Üzərinizə mayeni tökmək ehtimalı yüksəkdir. Fəlakətin həcminə baxmaq üçün yoldan nəzərinizi qaçıran kimi qəza riski dəfələrlə artır.

Energetik içkilər

Energetik içki istehsalçıları görünməmiş güc yüksəlişi söz verirlər, amma onların tərkibində kofein və taurin miqdarı çox azdır. Onlar isə xeyli miqdarda şəkər və qlükoza əlavə edirlər. Piylənmə və diabetdən başqa sükan arxasında energetik içkilərdən sui-istifadə sizi çoxsaylı sanitar dayanmaları etməyə məcbur edəcək.

Şokolad batonları və çipslər

Əgər siz səfərdən sonra maşını kimyəvi təmizlənməyə vermək istəmirsinizsə, onda onların istifadəsindən imtina etmək lazımdır. Batonlardan müəyyən parçalar sıçrayacaq, çipslər kilimlərə düşəcək, konfetlər də zərərlidir: onların tərkibi yayıla bilər. Səfərdən sonra ən azı kompleks yuma, ən çoxu isə salonun kimyəvi təmizlənməsi lazımdır. Bu, xüsusilə parça, məxmər, zamşa olduqca vacibdir.

Saqqız

Aclığı saqqızla yatırmağa cəhd etməyə dəyməz. Orqanizmin yanlış siqnallar alacağından başqa, mədə şirəsi də heç nə ilə “mübarizə apara bilməyəcək”. Mədə-bağırsaq traktının kəskinləşməsi mümkündür. Saqqızın xüsusi yaxşı cəhəti yoxdur, ağızdakı qoxunu aradan qaldırmaq və dişlər arasındakı boşluqları təmizləmək üçün icad edilmişdir.

Ağır fastfud

Hambuger, ponçik və ya ət qutabı nə qədər dadlı olsa da, onları özünüzlə götürmək daha yaxşı olar. Bu qidalar çox ağırdır, buna görə də sanitar dayanmaların sayının artması tələb olunur, bu da məqsədə tez nail olmağa kömək etməyəcəkdir.

Meyvə və tərəvəz

Təəccüblüdür ki, adi alma qaynar kofedən də təhlükəli ola bilər. Dişlənmiş hissənin ölçüsünün böyük olması kifayətdir. Buna görə də, səfərdən əvvəl almanı təkcə yumaq yox, həm də doğramaq lazımdır, portağaldan isə mandarin daha yaxşıdır. Bəli, ona görə ki, onların dilimləri daha kiçikdir.

Qurudulmuş meyvələr

Quru meyvələrlə ehtiyatlı olun. Onlardan bəzilərinin yan təsirləri var. Məsələn: qara gavalı zəiflədici təsirə malikdir.

Onu sadəcə unudun.

Alkoqol

Alkoqollu içkiləri unudun. Bunu həm də səfərdən bir neçə gün əvvəl etmək yaxşı olar: əgər polis şübhələnsə və sizi narkoloji ekspertizaya aparsa, nəticə yaxşı olmaya bilər: qan və ya sidikdən alkoloq gec təmizlənir.

Dərman

Dərmanlar alkoqoldan daha zərərlidir. Həkimlər belə istifadədən sonra avtomobil sürmək məsləhət görülən dərmanların tam siyahısını verməkdə çətinlik çəkirlər. Təlimatlar daha çox qarışıqlıq yaradır: hətta ən zəif anagetiklərdə belə “nəqliyyat vasitəsinin idarə edilməsi zamanı məsləhət görülmür” sətiri ola bilər.

Buna görə də, vitamin olmayan dərmanların qəbulunu səfərdən bir neçə gün əvvəl dayandırmaq lazımdır.

Özünüzlə nə götürmək olar?

Normal batonlar

Şokolad batonlarını protein və ya “qidalandırıcı”larla əvəz etmək olar. Onlar daha az dadlı olsa da, aclığı pis yatırmır, salonun döşəməsi üçün də təhlükəsizlikdir.

Qoz-fındıq

Bir az qoz-fındıq götürün, fındıq və ya anakardium daha yaxşı olar. Qidalandırmasına görə bir çox qəlyanaltıdan daha üstündür, həm də daha təhlükəsizdir və daha tez doyursunuz.

Tərəvəzlər

Yeri gəlmişkən, adi təzə kök çipslərə yaxşı alternativ olacaq. Heç kimdən də utanmaq lazım deyil, kök yeyən sürücüyə heç kim lağ etməyəcək. Əksinə, həsəd aparacaqlar.

Fərqli su

Adi su izotonik maddələrlə əvəz edilməlidir: onlar vitamin və digər maddələrlə zəngindir. Bəli, onların butulkaları da susuzluğunu aradan qaldırmaq və idarəetmə prosesindən yayınmamaq üçün uyğundur. Məsələn: idmançılar onları hər zaman özləri ilə götürürlər.

Amma əslində nəticə gözlənilməz olacaq: sükan arxasında olarkən doymaq hissindən çox aclıq hissini keçirmək daha yaxşıdır. Bu zaman konsentrasiya daha yüksək olacaq. Bəli, sonda normal qidalanmadan əldə edilən zövq də dəfələrlə çox olacaq!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR