Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Stressin sizi yavaş-yavaş “yediyini” göstərən 7 əlamət

Stressin sizi yavaş-yavaş “yediyini” göstərən 7 əlamət
Sakura

Stressin sizi yavaş-yavaş “yediyini” göstərən 7 əlamət

Müasir insan hər gün stress keçirir. Stress insanın həm fiziki, həm də psixi sağlamlığına təsir edir. Fiziki səviyyədə stress müxtəlif cür - ürəkbulanma, naxoşluq, hətta səpkilər şklində özünü göstərir. Sizdə stressə qarşı allergik reaksiya yarana bilər. Belə vəziyyətdə immunitet aşağı düşür və beləliklə müxtəlif xəstəliklərin orqanizmə hücum başlayır.

Publika.az oxucuları stressin səbəb olduğu əsas əlamətlərlə tanış edir.

1. Çəki dəyişkənliyi

Stress kortizol hormonlarının ifrazını artırır, o isə orqanizmin şəkəri mənimsəmək qabiliyyətini pisləşdirir, bu da metabolik xəstəliklərə: çəkinin azalmasına, yaxud artmasına gətirib çıxarır.

Stress yemək istəyinin yüksəlməsinə və ya yaxud əksinə iştahanın azalmasına səbəb ola bilər.

Nə etmək olar?

Qoz-fındıq yeyin. Protein sizi doyduracaq və şirniyyat arzusunu basdıracaq.

2. Baş ağrısı

Əgər siz miqrendən heç vaxt əziyyət çəkməmisinizsə, amma son zamanlar başınız daha tez-tez ağrımağa başlayıbsa, ola bilsin ki, siz çox gərginsiniz. Stress orqanizmdə kimyəvi maddələrin ifraz olunmasına səbəb olur ki, bu da beyin damarlarının daralmasına, dolayısı ilə baş ağrısına səbəb olur. Stress zamanı boyun əzələləri də güclənirlər ki, bu da başağrısı yarada bilər.

Miqrenə meyllisinizsə, stressin onun şiddətləndirmək ehtimalı yüksəkdir.

Nə etmək olar?

Əgər dərman içmək istəmirsinizsə, başınızı lavanda yağı və ya nanə yağı ilə masaj edin. Bunu baş ağrısının ilk təzahürlərini hiss edən kimi yerinə yetirin.

3. Mədə problemi

Stress mədə şirəsinin turşluq dərəcəsi artıra və ya mədə-bağırsaq traktının işini poza bilər, bu, mədə qıcqırmasına və müxtəlif dispepsiyaya ilə nəticələnə bilər.

O həmçinin həzm prosesini ləngidə bilər ki, bu da qaz əmələ gəlməsinə və qarının şişməsinə gətirib çıxaracaq. Əksi də ola bilər, stress bəzən spazmalar və ishal doğurur.

Nə etmək olar?

Antasid vasitələr qəbul edin - onlar turşluq dərəcəsini aşağı salmağa kömək edəcək. Həmçinin mədənizə zərər verən məhsullardan uzaq durun.

4. Daimi soyuqdəymə

Stress immun sisteminə də zərbə vurur, odur ki, siz həmişəkindən daha çox xəstələnə bilərsiniz. Amerikalıların apardığı sorğuya əsasən stress keçirən insan iki dəfə daha çox xəstələnir.

Nə etmək olar?

Tədqiqatlardan birinə əsasən, sink əlavələri soyuqdəyməni aradan qaldırır. Amma onları özünüzü pis hiss etməyə başladıqdan 24 saat ərzində qəbul etmək lazımdır.

Meditasiya, müntəzəm fiziki hərəkətlər və kifayət qədər yuxu da sizə stressi azaltmağa və immun sistemini möhkəmlətməyə kömək edə bilər.

5. Sızanaq

Əgər üzünüzə sızanaq çıxmağa başlayıbsa, səbəbini daimi gərginliklərdə axtarın. Bu vəziyyətdə vücud çoxlu kortizol istehsal edir. Bu hormon çirklər ilə birlikdə tük folikullarına düşərək dəri piyinin ifrazını stimullaşdırır, nəticədə ölü dəri hüceyrələri sızanaqlara səbəb olur.

Nə etmək olar?

Mütəmadi olaraq benzoil peroksid və ya salisilik turşu tərkibli gel və ya krem istifadə edin. Yaşıl çay və aloe vera suyu ehtiva edən losyonlar da müsbət təsirə malikdir.

6. Diqqət pozğunluğu

Stress beyin işinin pozulmalarına gətirib çıxara bilər. Həddən artıq böyük miqdarda stress hormonu olan kortizolun ifrazı fokuslamanı və konsentrasiyanı çətinləşdirir, yaddaşla bağlı problemlərə səbəb olur, həmçinin həyəcan və depressiya doğurur.

Nə etmək olar?

Diqqəti bərpa edənə qədər gözlərinizi bağlayın və rahatlayın. Dərindən nəfəs alın, nəfəs texnikalarını yerinə yetirin, bütün artıq fikirləri başınızdan tullayın, fikrinizi yalnız nəfəsdə cəmləyin.

7. Saç tökülməsi

Bir neçə saç tökülməsi normaldır, (zaman keçdikcə köhnə tüklər tökülür və yerinə yeniləri çıxır), amma stress bu silsiləni poza bilər.

Xroniki stress nəticəsində immun sistemi zəifləyir ki, bu da saç folekullarının işinin pozulmasına və saç tökülməsinə gətirib çıxarır.

Nə etmək olar?

Səbirli olun. Stressin öhdəsindən gələn kimi saçlarınız yenidən uzanmağa başlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR