Strateji Elmi Tədqiqatlar Mərkəzinin hərbi məmulatı təlimlərdə uğurla sınaqdan keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq dəvət məktubuna əsasən sentyabrın 13-dən 19-dək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirilən hərbi təlimlərdə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası növbəti birgə layihəsinin son hazır nümunəsi (hərbi məmulat) real ərazi şəraitində istifadə edilib.
Maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlərdə SETM-in hərbi məmulatı qarşıya qoyulmuş tələblərə tam cavab verib və potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı texniki parametrlərinə görə yüksək nəticələr nümayiş etdirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin rəyinə əsasən SETM və AMEA “YT Park”ın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının birgə layihələrinin son nümunələrinin Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət