Slimfit
  1. MARAQLI

Stiv Cobsun yaradıcılığını artıran 3 əsas vərdiş

Stiv Cobsun yaradıcılığını artıran 3 əsas vərdiş
Sakura

Stiv Cobsun yaradıcılığını artıran 3 əsas vərdiş

Bəzi vaxtlarda özümüzü olduqca bacarıqsız hesab edirik. Özümüzü və düşüncələrimizi inkişaf etdirə bilmədiyimiz hallarla gündəlik həyatda qarşılaşırıq. Unutmayın, bu hallarla sadəcə siz qarşılaşmırsınız. Belə ki, bir çox uğurlu biznesmen, sahibkar və rol model olmağı bacarmış bir çox insan gündəlik həyatda özlərini və düşüncələrini inkişaf etdirməkdə çətinlik çəkiblər.

Bu şəxslərdən biri də Stiv Cobs olub. Gündəlik həyatda düşüncələrini inkişaf etdirmək üçün tətbiq etdiyi bir neçə vərdiş onun uğurlarına uğur qatıb. Uğur qazandıran vərdişlərdən 3-ü ilə tanış olun.

1) Gəzərkən düşünmək

Stiv Cobs

Sadəcə Stiv Cobs deyil, Riçard Branson, Oprah kimi uğurlu insanlar da gəzərkən düşünməyin möcüzəvi gücünə inanıb tətbiq edənlərdəndir. Həm zehnimizi, həm də bədənimizi formada saxlamağın yaxşı bir yol olduğu aşkardır.

Stiv Cobs tez-tez rahatlamaq, zehnini sakinləşdirmək və beynində qığılcımı yandırmaq üçün gəzintiyə çıxardı. Hətta, bəzən iclaslarını bir qrup insanla birlikdə gəzərək edərdi.

Stanford Universitetindəki bir araşdırmaya görə də, gəzintiyə çıxmaq insanın yaradıcılığını 60% artırır.

2) Meditasiya

Stiv Cobs

Hər uğurlu insanın hekayəsində mütləq görəcəyiniz bir kəlimə var: meditasiya. Göründüyündən çətindir, lakin insan həyatında olduqca lazımlı və faydalıdır.

Stiv Cobs 70-ci illərdə Hindistana gedib-gələndən sonra meditasiya etməyi həyatının bir hissəsinə çevirmişdi və sevərək edərdi. Ən məşhur Apple dizaynlarının arxasında meditasiyanın gücünün var olduğuna inanmışdı.

3) Fərqli sahələr ilə maraqlanmaq

Stiv Cobs

3) Fərqli sahələr ilə maraqlanmaq

Bir mövzu haqqında ilhama ehtiyac hiss etdiyinizdə fərqli bir şeylə maraqlanmaq əslində diqqət dağıdıcı təəssüratı bağışlayır. Lakin, Stiv Cobs bu inancın əksinə, hər şeyin bir-biri ilə bağlantılı olduğunu müdafiə edərək fərqli sahələrə maraq göstərməyin yaradıcılığı inkişaf etdirdiyini müdafiə edirdi.

Bunun altında yatan ana fikir belədir: İçində olduğunuz qutunu əsla tərk etməsəniz, qutunun xaricində düşünə bilərsiniz. Gündəlik rutininizdən çıxın və yeni şeylər kəşf etməyə sınayın.

“Gələcəkdə nöqtələrin hansısa bir formada birləşəcəyinə inanmalısınız”. – Stiv Cobs

 

Mənbə : Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR