Slimfit
  1. İQTİSADİYYAT

“STAR” ilk 5 ildə 852 millyon dollar gəlir gətirəcək

“STAR” ilk 5 ildə 852 millyon dollar gəlir gətirəcək
Sakura

“STAR” ilk 5 ildə 852 millyon dollar gəlir gətirəcək - Zavod Azərbaycan üçün strateji əhəmiyyət daşıyır

SOCAR-ın Türkiyədə daha bir meqa layihəsi- STAR neft emalı zavodunun işə düşməsi hər iki ölkə iqtisadiyyatına böyük fayda verəcək.

“STAR” Türkiyənin ikinci ən böyük neft emalı zavodu olacaq. Zavodun  illik istehsal gücü 10 mln tondur. Burda   ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı istehsal olunacaq. Ekspertlər deyir ki, Star Türkiyənin neft-kimya məhsullarına olan tələbini ödəməklə yanaşı Azərbaycana da külli miqdarda gəlir gətirəcək.

Türkiyə STAR-ın açılması ilə  neft məhsulları idxalında hər il 1,5 milyard dollara qənaət edəcək.  STAR həmçinin SOCAR-ın  Türkiydəki daha bir yatırımı-PETKiM-i   xammalla tam təmin edəcək.  PETKİM  tələb olunan naftanın 100 faizini STARdan alacaq. Həmçinin, layihəyə invesisiya yatıran   Dövlət Neft Fondu da mənfəət əldə edəcək.

Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. Starın fəaliyyiəti nəticəsində Türkiyənin neft və neft məhsulları idxalı 40 faizə qədər aşağı düşəcək, həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.  Onu da deyək ki, STAR neft emalı zavodunun yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib.

 

Mənbə: Atv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR