Dərc edildi: Baxış sayı: 544
Standartlaşdırma ilə bağlı yeni qanun layihəsi son oxunuşda qəbul edildi
Azərbaycanda "Standartlaşdırma haqqında" yeni qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, yeni qanun layihəsi bu gün Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
Yeni qanun 5 fəsil və 26 maddədən ibarət olacaq. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.
Qeyd edək ki, qanun layihəsi ötən il müzakirəyə çıxarılsa da, sonradan təxirə salınmışdı.
Qanun layihəsi bu gün müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət