Slimfit
  1. AZƏRBAYCAN

Stalinə görə bığlarını uzadan azərbaycanlı dünyadan köçdü

Stalinə görə bığlarını uzadan azərbaycanlı dünyadan köçdü
Sakura

Həmkəndliləri onu "Bığ Eyyub" deyə çağırardılar

 İosif Stalinə görə bığlarını uzadan azərbaycanlı 90 yaşında vəfat edib. Mərhum vaxtilə Sputnik Azərbaycan-a müsahibə vermişdi. Müsahibəsində sağlam və qıvraq qalmağın sirlərindən tutmuş diktator Stalinlə olan tanışlığına qədər çox şeydən danışmışdı. Onun bu müsahibəsi türk mediasının da diqqətini cəlb etmişdi.

Həmkəndliləri onu "Bığ Eyyub" deyə çağırardılar. O, ömrünün sonuna qədər Qax rayonunun Qaratala kəndində yaşadı. Kəndin ən yaşlı sakini qıvraqlığı, zəhmətsevərliyi, yorulmadan işləməsi ilə hər kəsi təəccübləndirirdi. O, öz şuxluğunu sona qədər qoruyub saxladı. Ömrünün sonuna qədər at belində gəzdi. 

 

Yaşlı kənd sakini İsmayıl Abdullayev deyir ki, kəndlilər həmişə Eyyub kişiyə borclu olacaq: "O olmasaydı, bəlkə də kəndimiz bu cür abad olmazdı. Uşaq vaxtı qardaşları ilə birlikdə aclıqdan əziyyət çəkdiklərindən, doğulduqları dağ kəndi olan Armudludan çıxıb bizim kəndimizə gəliblər. Onun gəncliyini xatırlayıram. Çox çevik, güclü insan idi. O vaxtlar bu kənddə cəmi 5-6 ailə vardı. Kənd kiçik talalardan və fermadan ibarət idi. Rəhmətlik kəndi kol-kosdan təmizlədi, abadlaşdırdı."

Eyyub baba (kəndin bütün cavanları onu belə çağırırdı) təkcə əməksevərliyi ilə seçilmirdi. O, həm də xarici görünüşü ilə diqqəti cəlb edirdi. Mərhumu kənddə nahaq yerə "Bığ Eyyub" adlandırmırdılar. Çünki o, heç vaxt bığını qırxmamışdı.

"Bığımı qırxsam, elə bilərəm ki, qolumu, qıçımı itirmişəm. Uşaqlara vəsiyyət eləmişəm ki, öləndə də məni torpağa bığımla birlikdə basdırarsınız" deyirdi.

Eyyub baba bu dünyadan köçsə də, həmişə həmkəndlilərinin və onu tanıyanların yaddaşında yaxşı adam kimi qalacaq.



Mənbə: Sputnik.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR