Dərc edildi: Baxış sayı: 558
Stadionda səs-küyü artırmaq üçün xüsusi bölmə yaradılacaq
Manchester United rəhbərliyi Old Trafford-da xüsusi bölmə yaratmağı planlaşdırır.
Goal.az xəbər verir ki, bu bölmədən arenadakı atmosferə nəzarət olunacaq. Rəhbərlik xüsusi bölmə vasitəsilə stadionda azarkeşlərin səs-küyünü daha da artırmağı planlaşdırır. Bununla da rəqiblərə daha çox təzyiq etmək nəzərdə tutulur.
Növbəti mövsümdən başlayaraq "Stretford End” tribunasında komandaya daha çılğınlıqla azarkeşlik etmək istəyənlər üçün 1200 yer ayrılacaq.
Növbəti mövsümdən isə bu yerlərin sayı 2400-ə yüksəldiləcək. MU bu layihəni inkişaf etdirmək üçün "Red Army” fanat qrupu ilə əməkdaşlıq edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət