Slimfit
  1. SİYASƏT

SSRİ-ni İrəvanın Azərbaycana qarşı savaşı dağıtdı – Eks-spiker

SSRİ-ni İrəvanın Azərbaycana qarşı savaşı dağıtdı – Eks-spiker
Sakura

SSRİ-ni İrəvanın Azərbaycana qarşı savaşı dağıtdı – Eks-spiker

Bizdə bir şeyi anlamaq istəmirlər ki, SSRİ-yə əsl ölümcül zərbəni Ermənistan Azərbaycana qarşı müharibəyə start verməklə endirdi.

Axar.az xəbər verir ki, bunu Tatarıstan mətbuatına müsahibəsində Rusiya Sosialist Federativ Sovet Respublikasının Ali Sovetinin sədri işləmiş Ruslan Xasbulatov deyib. O, SSRİ-nin dağılmasının Baltikyanının ondan ayrılmasından sonra başlaması fikrini qəbul etmədiyini bildirib:

“Baltikyanı o zaman hələ bizdən uzaqlaşmamışdı. Onlar əslində bizdən Ermənistandakı hadisələrdən sonra uzaqlaşdılar. Təəssüf ki, bizdə bir şeyi anlamaq istəmirlər ki, SSRİ-yə əsl ölümcül zərbəni Ermənistan Azərbaycana qarşı iddia edə bilməyəcəyi Dağlıq Qarabağda müharibəyə start verməklə endirdi. Zaqafqaziya cəbhəsi dağıldı. Çoxları Ermənistanın yanında yer aldı, bir hissə isə Bakını müdafiə etdi”.

O, Qarabağ konfliktində heç bir sülhün yaranmadığını bildirib:

“Bu hadisələrdən sonra Baltikyanı ölkələr anladılar ki, Moskvaya nəzər yetirmədən hərəkət etmək olar. Bu vaxta qədər Baltikyanı siyasətçilər və aktivistlər özlərini necə aparırdılar? Özlərinin qurultayında onların rəhbərləri deyirdilər ki, bizə iqtisadi reformlar verin, yəni onların siyasi məqsədləri yox idi. Qafqazdakı situasiyanı ermənilərin partlatmasından sonra Batlikyanı ölkələri özlərinə dedilər ki, Qorbaçov zəifdir və bizə heç nə etməyəcək. Hər şey buradan başladı. Sonradan Zviad Qamsaxurdiya gəldi və Tiflis hadisələri baş verdi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR