Slimfit
  1. DÜNYA

SSRİ Çinə nüvə bombasının sirlərini niyə verib?

SSRİ Çinə nüvə bombasının sirlərini niyə verib?
Sakura

SSRİ Çinə nüvə bombasının sirlərini niyə verib?

50-ci illərdə Sovet İttifaqı tərəfindən atom bombası yaratmaq məqsədilə bir sıra lazımlı texnologiyaların Çinə ötürülməsi, iki ölkə və xalqları arasında münasibətlərdə yüksək etimadın sübutu idi.

Ens.az Axar.Az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkin İkinci Dünya müharibəsinin bitməsinin 75 illiyinə həsr olunmuş Rusiya-Çin telekonfransı çərçivəsində çıxışı zamanı səsləndirib.

“Heç kimə sirr deyil ki, Amerikanın Xirosima və Naqasakidəki hərbi güc nümayişi Sovet İttifaqına qarşı yönəlmiş nüvə şantajı xarakteri daşıyırdı. Buna cavab olaraq Sovet elmi və kəşfiyyatı ABŞ-ın bu çağırışına cavab verdi. Tezliklə Sovet İttifaqı artıq özü bu tip silahlara sahib idi”, - Narışkin bildirib.

Qeyd edək ki, ilk Sovet atom bombası 29 avqust 1949-cu ildə uğurla sınaqdan keçirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR