Slimfit
  1. İQTİSADİYYAT

Spirtli içkilərə aksiz vergisinin artırılması hansı nəticələrə gətirəcək...

Spirtli içkilərə aksiz vergisinin artırılması hansı nəticələrə gətirəcək...
Sakura

Spirtli içkilərə aksiz vergisinin artırılması hansı nəticələrə gətirəcək...

2020-ci ildən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin dəyişdirilməsi nəzərdə tutulub.

Belə ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bildirilir ki, ölkədə içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata qaldırılır. Siqarilla (nazik siqarlar) üçün aksizlər - 1.000 ədədinə görə 20,0 manatdan 31 manata qaldırılıb. Tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üçün aksizlər - 1.000 ədədinə 20 manatdan 31 manata qaldırılıb.

Maraqlıdır, qiymtələrin belə artması ümumi bazara və dövlət büdcəsinə necə təsir edəcə? Aksiz vergisinin qaldırılması nə kimi problemlərə yol aça bilər?

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli tətbiq edilən vergilərin artırılmasının insan həyatı üçün təhlükə yaradacağını və büdcəyə ziyan vuracağını bildirib.

“Əslində bir çox ölkələrdə tütün məhsulları, spirtli və enerji içkiləri ilə bağlı aksiz vergilərinin, gömrük dərəcələrinin artırılması praktikası mövcuddur. Əksər ölkələr bunu iqtisadi faktordan, yəni qiymətin artırılması yolu ilə sağlam həyata təşviq edilmə yolunda atılan addım kimi təqdim edirlər. Bu hal cəmiyyət tərəfindən də normal qarşılanır. Çünki həmin məhsullar sosial məhsullar olmadığı üçün onların qiymətinin artması o qədər də narazılıq yaratmır. Lakin burada iki həssas məqam var. Belə ki, bu addımı atan ölkələr, o cümlədən də Azərbaycan qonşu ölkələrin qiymət strategiyasına baxmalıdır. Əgər qonşu ölkələrdən, məsələn, Rusiya, Gürcüstan kimi sərhədyanı ticarətin geniş yayıldığı ölkələrdə spirtli içkilər və tütün məhsulları Azərbaycandan çox ucuz olsa və bizdə kəskin qiymət artımı olsa, qaçaqmalçılığın qarşısını almaq mümkün olmayacaq. Bu da insanlara o qədər sərf edəcək ki, artıq minlərlə insan zənbillərlə bu məhsulları Azərbaycana keçirib, satmağa başlayacaq. Hətta onlar bunu qanunu pozmadan edə biləcəklər. Çünki qanunvericiliyə görə həm tütün, həm də spirtli içkilərin bir qismini ölkəyə rüsum olmadan gətirmək mümkündür.  Bu da dolayısı ilə itkilərə səbəb olacaq”. 

Ekspert Rusiyada spitrli içkilərə aksiz vergisinin artırılmasının mənfi nəticələr doğurduğunu da xatırladıb:

“Rusiyada üç il öncə belə bir addım atılaraq qiymət kəskin bahalaşmışdı. İki ay ərzində minlərlə insan saxta spirtli içkilərdən zəhərlənmiş, bəziləri hətta həyatını itirmişdi. Belə vəziyyətin yarandığını görəndən sonra Rusiya geri addım atdı.  Bizdə qiymətlərin artırılması ev şəraitində hazırlanan, keyfiyyətsiz və sağlamlığa ziyan vuran içkilərin bazara çıxmasına səbəb olacaq. Bu da öz növbəsində insanların həyatı üçün təhlükə yaradaraq, dövlət büdcəsinə vergilər şəklində daxil olmaların azalmasına səbəb olacaq. Leqal istehsalçıların dövriyyəsi kəskin azalacaq və dövlət büdcəsinə ödənilən vergilərin həcmi azalacaq” .

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR